Kateqoriyalar: HadisəÖlkə

Rayonlara gedən avtobuslarda qiymətlər artacaqmı?

Yanvarın dördündə Tarif Şurasının keçirilən iclasında Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti bir litr üçün bir manat, dizel yanacağının pərakəndə satış qiyməti isə bir litr üçün 0.8 manat müəyyən edilib.

Benzinlə işləyən nəqliyyat vasitələrinin böyük əksəriyyəti şəxsi avtomobillərdir. Belə olan halda yanacağın qiymətinin artması əsasən insanları daha çox ictimai nəqliyyatdan istifadəyə təşviq edəcək.

Bəs yanacağın qiymətinin artırılması məsələsi rayonlararası sərnişindaşıma ilə məşğul olan avtobuslarda qiymət artımına səbəb ola bilərmi?

Oxu.Az-ın sorğusuna cavab olaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib ki, bu istehlak bazarında xüsusi qiymət artımına səbəb olmayacaq:

“Dizel yanacağının qiymətinin artmasının bu sahədə – sərnişindaşıma ilə məşğul olan avtobusların sahiblərinə ola biləcək hər hansı bir təsirinin qarşısını almaq üçün hökümət yanvar ayına qədər müvafiq kompensasiyalar nəzərdə tutur.

Hökümət bu kompensasiyaların hansı formada verilməsi barədə məlumat verəcək. Yəni burada qiymət artımından söhbət gedə bilməz. Çünki sözügedən istiqamətdə qiymətlərin artırılması üçün Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) tərəfindən Tarif Şurasına müraciət olunmalıdır. Biz isə belə bir müraciət etməmişik. Ümumiyyətlə bu istiqamətdə hər hansı müraciət gündəmdə deyil”.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024