“Mançester Siti”nin sabiq məşqçisi Barri Bennell həbs edilib.
aranxeber.com “APA”-a istinadən xəbər verir ki, 64 yaşlı mütəxəssis ömrünün bundan sonrakı 31 ilini dəmir barmaqlılar arxasında keçirəcək.
Belə ki, 1979-1991-ci illərdə “Mançester Siti” və “Kreve Aleksandra” klublarının gənclərdən ibarət komandalarında çalışmış Bennell 50 uşağa cinsi təcavüz etməkdə günahkar bilinir. Günahı dəlillər və şahidlərlə təsdiq edilən Bennellə Liverpul Krallıq Məhkəməsi 31 il həbs cəzası verib.
“Barri” və “Şeffild Yunayted”də çıxış etmiş 43 yaşlı Endi Vurvard da futbola başladığı illərdə baş məşqçi Barri Bennell tərəfindən təcavüzə məruz qaldığını bu yaxınlarda açıqlamışdı.
Qeyd edək ki, İngiltərə Futbol Federasiyası uşaqları qorumaq üçün 2001-ci ildə komandalarda gənclərlə daim ünsiyyətdə olacaq nümayəndələrin vacibliyi barədə qərar qəbul etmişdi.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…