Kateqoriyalar: HadisəÖlkə

DYP sürücülərə müraciət etdi

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi (DYP) İdarəsi hərəkət iştirakçılarına müraciət edib.

DYP-dən verilən məlumata görə, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən 14 dekabr 2020-ci il saat 00:00-dan etibarən Bakı-Quba yolunun 52-ci km-də, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də və Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən xüsusi karantin keçid postlarında nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

Qeyd edilən postlardan müvafiq icazə olmadan keçməyə cəhd göstərən şəxslər müəyyən olunaraq nəqliyyat vasitələri ilə birlikdə geri qaytarılır və karantin rejimi qaydalarını pozan vətəndaşlar barəsində inzibati tənbeh tədbirləri tətbiq edilir.

Lakin yoxlamalar zamanı müşahidə olunur ki, bəzi vətəndaşlar SMS vasitəsi ilə icazə alıb və ya buraxılış üçün əsas verməyən sənədlərlə postlardan keçməyə, daimi qeydiyyatda olduqları şəhər və rayonun ərazisindən müxtəlif yollarla çıxmağa çalışırlar. Bununla da müvafiq icazəsi olan şəxslərin ləngimələrinə, uzun müddət növbələrdə qalmalarına səbəb olur və onlara maneçilik törədirlər.

İcazəsi olmayan şəxslər karantin postlarından buraxılmayacaqlarını nəzərə alıb, uzun məsafə qət edərək postlara gəlməklə həm vaxt itkisinə yol verməsinlər, həm də əlavə əziyyət çəkməsinlər.

Bir daha vətəndaşlarımızın diqqətinə çatdırırıq ki, bu istiqamətdə həyata keçirilən bütün tədbirlər əhalinin həyat və sağlamlığının qorunmasına xidmət edir. Ümid edirik ki, hər bir hərəkət iştirakçısı şəxsi məsuliyyətini artırmaqla, sərtləşdirilmiş karantin rejimi qaydalarına ciddi riayət etməklə bu qorxunc virusun geniş yayılmasının qarşısının alınmasında öz səylərini əsirgəməyəcək.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024