“Qarabağ bölgəsini əhatə edən 12 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi təsis edilib”.
Bunu ETSN-nin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.
Onun sözlərinə görə, məlum səbəblərdən həmin ərazilərdə hərəkət məhdudiyyəti var:
“Bu gün üçün həm müvafiq qiymətləndirmə işləri aparılır, həm də paralel olaraq mümkün olan ağacların əkilməsi həyata keçirilir. Həmin ərazilərdə çinar ağacı və palıd toxumlarının səpilməsi prosesi gedir. Bir sözlə, həmin ərazilərdə hər gün davamlı şəkildə proseslər gedir və yaxın gələcəkdə genişmiqyaslı tədbirlər görüləcək”.
H.Əlizadə qeyd edib ki, ətraf mühit nöqteyi-nəzərindən işğaldan azad edilən ərazilərdə vəziyyət elə də ürəkaçan deyil:
“Olduğumuz ərazilərdə, demək olar ki, meşə ərazisi, eləcə də, ağaclar qalmayıb. Həmin ərazilərdə bütün ağaclar kəsilərək ya odun kimi istifadə olunub, ya da mebel üçün fabriklərə daşınıb”.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…