Ermənilər Ağdamı tərk edərkən Şahbulaqda yerləşən muzeyi də dağıdıblar.
APA-nın bölgəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, Şahbulaq ərazisində Pənahəli xanın 1750-ci illərdə tikdirdiyi qalanın qalıqları üzərində ermənilər yeni qala inşa edərək tarixiliyinə xələl gətirib, qalanın içində qondarma “Tiqranakert” adlı muzey yaradıblar.
Şahbulaq ərazisində aparılan arxeoloji qazıntıların nəticələri həmin muzeydə yerləşdirilib. Ermənilər Ağdamı təhvil verərkən muzeyin eksponatlarını da özləri ilə apararaq talan ediblər.
Muzeyin inventarı dağıdılıb binaya zərər vurulub.
Muzeydə XI-XII əsrlərə və daha qədim dövrlərə aid eksponatlar olub. Bunu muzeyin ərazisində qalan kiçik kağız lövhələrdən də görmək olur.
Qeyd edək ki, ermənilərin “Tiqranakert” adlandırdığı yer Şahbulaq ərazisindəki qədim şəhər qalıqlarıdır.
Foto – İlkin Nəbiyev
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…