Kateqoriyalar: Hadisəİmişli

İmişlidə pambıq sahələrindən 23 min tondan çox pambıq yığılıb.

İmişlidə pambıq yığımı yekunlaşmaq üzrədir. Artıq sahələrdə sonuncu yığım gedir və hər gün 13-14 ton məhsul toplanaraq qəbul məntəqələrinə göndərilir.

Bu il rayonda 7923.8 hektar sahədə pambıq əkilib. Ötən il sahələrdən hər hektardan məhsuldarlıq 26.3 sentner olmaqla 19703 ton məhsul toplayan fermerlər cari təsərrüfat ilində də sahələrdən daha çox məhsul götürmək üçün bütün imkanlardan səmərəli istifadə edirlər. Rayonda pambıq əkini üçün əlverişli şərait olduğundan və torpaq mülkiyyətçiləri tərəfindən bitkiyə aqrotexniki qaydada qulluq göstərildiyindən bu il tarlalarda məhsul bol olub. Yığıma mütəşəkkil başlayan “ağ qızıl” ustaları indiyədək sahələrdən 23 min 568 ton məhsul toplayıblar. Hər hektarın məhsuldarlığı 29.7 sentner olub. Tədarük olunan pambığın 80-85 faizi maşınların köməyi ilə toplanılıb.

Məzrəli kənd sakini, təcrübəli pambıqçı Valid Hüseynov rayonda ən yüksək məhsuldarlığa nail olan fermerlərdəndir. O, ötən il becərdiyi pambıq sahəsinin hər hektarından 45 sentner məhsul götürüb. Fermerin sahəsində bu ildə pambıq çox olub.

“Rayon üzrə ən yüksək məhsuldarlığa nail olan fermerlər sırasındayam. Bu il 13 hektar sahədə pambıq becərmişəm. Bitkini aqrotexniki qaydada becərdiyimdən sahəmdə məhsul bol olub. İndiyədək plantasiyadan 65 tondan çox pambıq toplayaraq yığımı başa çatdırmışam. Hər hektarın məhsuldarlığı 55 sentner olub”, – deyə fermer bildirib.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024