Kateqoriyalar: LayihəRegion

“Məktəblə arama məsafə qoyma” təşəbbüsü yekunlaşıb

“İnkişaf Zamanı” proqramı çərçivəsində “Education Hub”ın təşkilatçılığı və “MitOst” Assossiasiyasının dəstəyi ilə həyata keçirilən “Məktəblə arama məsafə qoyma” təşəbbüsü uğurla yekunlaşıb.

Aranxeber xəbər verir ki, təşəbbüs çərçivəsində Quba, Qusar, Yevlax, İsmayıllı, Astara və Masallıdan olan 30-a yaxın məktəbli ilə birlikdə müxtəlif fəaliyyətlər həyat keçirilib.

Təşəbbüsün məqsədi kəndlərdə yaşayan uşaqların təhsilə marağının artırılmasına təşviq edilmək, kənd uşaqlarının məktəbdən kənar məşğuliyyətlərdə iştirakını təmin etmək, uşaqlarda özlərinə inamı gücləndirmək üçün müxtəlif fəaliyyətlər həyata keçirməkdir.

Bu məqsədlə məktəblilər üçün onlayn təlimlər keçirilib. Təlimlərdə sosial problemlər, təhsil və təhsilin formaları, sosial incəsənət, incəsənət alətləri, debat, onun quruluşu və prinsipləri mövzuları müzakirə edilib, interaktiv üsullardan istifadə olunub.

Təşəbbüsün növbəti mərhələsində təlimlərdə iştirak etmiş məktəblilər arasında “Təhsilsizlik sosial problemlərin əsas səbəbidir” mövzusunda onlayn debat oyunları baş tutub.

Təşəbbüs çərçivəsində kənd məktəblərində təhsil alan şagirdlər üçün online TfD çıxışlar təşkil edilib. Görüşdə Quba, Qusar, Yevlax, İsmayıllı, Astara, Masallı rayon kəndlərindən 30-a qədər şagird iştirak edib.

Görüş zamanı spikerlər Elvin Dadaşsoy, Mehin Cəbrayılova, Aynur Zərrintac, Lalə Rəsulova, Ülviyyə Babasoy şagirdlərdə təhsilə maraq oyatmaq və onlarda özünə inamı artırmaq üçün öz uğur hekayələrini və təcrübələrini bölüşüblər.

Təşəbbüs çərçivəsində, həmçinin, Yevlax rayonundakı Rüstəmli kənd orta məktəbinin divarlarına, sinif otaqlarını şagirdlər üçün daha rəngarəng etmək üçün həmin məktəbin şagirdlərinin iştirakı ilə rəsmlər çəkilib və rənglənib.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024