Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə qəbul etdiyi qərarlar, verdiyi tapşırıq və tövsiyələr İmişli rayonunda da ardıcıl yerinə yetirilir. Belə ki, bu gün rayon İcra Hakimiyyəti başçısı Elçin Rzayevin və rayonun hüquq-mühafizə orqanları əməkdaşlarının birgə iştirakı ilə rayon ərazisində yerləşən ticarət, ictimai-iaşə, məişət və digər növ xidmət obyektlərində növbəti dəfə reyd keçirilib.
Reyd zamanı diqqətə çatdırılıb ki, koronavirus infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə hər bir hərəkət iştirakçısı sosial məsafəni gözləmək şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən – tibbi maskalardan istifadə etməlidir. Eyni zamanda hər bir şəxs tətbiq olunan qaydalara, sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər şəxsləri qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da buna çağırmalıdır. Reyd zamanı üzərində maskası olmayan sakinlərə maskalar paylanılmış, maskadan düzgün istifadə etməyən, polis gördükdə dərhal “maskam var” deyən şəxslərə koronavirus infeksiyasının fəsadları izah olunmuş və mövcud qaydalara əməl etməyən şəxslər barəsində yerində protokollar tərtib edilmişdir.
Qeyd edək ki, İmişli rayonunda sanitariya-gigiyena norma və qaydalarına riayət edilməsinə ciddi nəzarət edilir və profilaktik tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcəkdir.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…