Yüzlərlə əsgərin həyatını xilas edərək, şəhid olan qəhrəmanı heç kim unutmayacaq. Baş leytenant, tibb xidməti rəisi Qasımov Şöhrət Şakir oğlu Vətən Müharibəsinin ən cəsur qəhrəmanlarından biridir.
Müharibənin ilk günlərində Tərtər istiqamətində gedən döyüşlərdə igidlik nümayiş etdirib. Neytral əraziyə girərək, yüzlərlə yaralı əsgərimizi xilas edib.
Döyüşlərdə bədəninin müxtəlif nahiyələrindən qəlpə yaraları alan Ş.Qasımov bir qulağının eşitməsini də tamamilə itirir. Hərbi hospitala gətirilsə də, “burada uzanmaqdan utanıram” deyərək döyüş bölgəsinə geri qayıdıb.
Yaralı əsgərlərə kömək etmək üçün könüllü dəstə yığaraq, yola düşən qəhrəmanımız Suqovuşanda düşmən tankı ilə üz-üzə gəlir. Yoldaşlarına xəbər vermək üçün havaya atəş açan Ş.Qasımov düşmənin iki əsgərini məhv edərək, əsgər yoldaşlarının həyatını xilas edib və xalqımızın qəlbində silinməz iz qoyub…
Oğluna şəhid Murad Mirzəyevin adını verən şəhid Şakir Qasımov döyüşə getməzdən əvvəl həyat yoldaşına “mən şəhid olmasam, oğlum şəhid olar” deyib, övladlarını ailəsinə tapşırıb, Vətənini qorumağa yollanıb…
Şəhidimizin vətənə əmanət iki övladı qalıb.
Allah rəhmət eləsin!
https://player.baku.tv/embed/29607
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…