Kateqoriyalar: Hadisə

Azərbaycanın qələbəsi fonunda yoxa çıxan bez parçası – Paşinyan və Arutyunyan görüşündə məğlubiyyətin FOTOSU

Ermənistanın Azərbaycan ordusunun Vətən Müharibəsində göstərdiyi şücaət nəticəsində cəbhədə düçar olduğu acınacaqlı məğlubiyyət bu ölkənin diplomatiya müstəvisində də əl qolunu-bağlayıb.

Hərb meydanında dərsini almadan əvvəl işğalçı ölkənin hərbi-siyasi rəhbərliyi beynəlxalq təzyiq mexanizmlərinin işə salınmaması, bir çox hallarda Dağlıq Qarabağ münaqişəsinə beynəlxalq ictimaiyyət tərəfindən laqeyd yanaşma və ikili startlardan “ürəklənərək” qondarma “DQR”i hətta danışıqlar masasına belə oturtmağa cəhd göstərirdi.

Avqust ayında çəkilmiş bu foto qeyd etdiyimiz bütün amilləri nümayiş etdirir. Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ separatçılarının başçısı Araik Arutyunyanı qəbul edir və fonda Ermənistan bayrağı ilə yanaşı, qondarma rejimin bez parçası da asılıb.

Bu gün isə Araik Arutyunyan növbəti dəfə Nikol Paşinyanla görüşüb. Bugünkü mənzərə isə tamamilə fərqlidir. Artıq hətta Ermənistan baş nazirinin rəsmi qəbulunda belə qondarma “DQR bayrağı” asmağa cəsarət edilmir.

İki foto arasındakı fərq Azərbaycanın avqust ayından bu yana istər hərbi, istərsə də siyasi müstəvidə qazandığı tarixi qələbənin real mənzərəsini açıq şəkildə ortaya qoyur.

Foto bir daha təsdiqləyir ki, artıq Azərbaycan torpaqlarında hər hansı qondarma qurumdan söhbət belə gedə bilməz.

Ali Baş Komandan İlham Əliyevin dediyi kimi “dəmir yumruğumuz” hesabına əldə etdiyimiz qələbə nəinki bütün dünyaya, hətta Ermənistanın hərbi-siyasi rəhbərliyinə də bu həqiqəti qəbul etdirib. 

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024