Kateqoriyalar: BaşÖlkə

İlham Əliyev: “Cənub Qaz Dəhlizi” layihəsinin icrası şirkətlərin işə sadiqliyi nəticəsində mümkün olur”

“Cənub Qaz Dəhlizi” layihəsinin icrası şirkətlərin işə sadiqliyi nəticəsində mümkün olur”.

aranxeber.com-ın “APA”-a istinadən verdiyi xəbərə görə, bunu Azәrbaycan prezidenti İlham Əliyev bu gün Bakıda keçirilən “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasında çıxışı zamanı deyib.

İclasda iştirak edən dövlətlərlə qurulan sıx əməkdaşlığın əhəmiyyətini vurğulayan dövlət başçısı bildirib ki, “Cənub Qaz Dəhlizi” layihəsinə dünyanın aparıcı maliyyə təsisatları öz töhfələrini verir. O vurğulayıb ki, irimiqyaslı layihələrin reallaşdırılması güclü və effektiv komandanın yaradıldığını nümayiş etdirir və beynəlxalq əməkdaşlığı daha da artırır.

“Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının yaradılmasında məqsəd səylərimizi əlaqələndirməkdir” deyən prezident bildirib ki, bu layihənin həyata keçirilməsini Azərbaycanın strateji məqsədlərindən biri olduğunu deyib.

Dövlət başçısı bu layihənin icrasının enerji ehtiyatlarının istifadəsinə, insan kapitalına və infrastrukturun yaradılmasına uzunmüddətli töhfə verdiyini diqqətə çatdırıb. O, layihə ilə bağlı indiyə qədər görülən işlərdən danışarkən vurğulayıb ki, artıq işlər həlledici mərhələyə daxil olub və 2017-ci il layihənin icrasında mühüm il olub.

Bu layihənin iqtisadi inkişafa, regional əməkdaşlığa töhfə verdiyini deyən dövlət başçısı onun enerji ehtiyatlarının daşınması ilə bağlı layihələrə də güclü dəstək verdiyini diqqətə çatdırıb.

“Cənub Qaz Dəhlizi” layihəsinin vacib seqmenti olan TANAP boru kəmərinin inşasına dair İstanbulda imzalanan sazişin əhəmiyyətindən danışan prezident bu layihənin iqtisadi faydasının bütün iştirakçı dövlətlər üçün əhəmiyyətli olduğunu qeyd edib.

Dövlət başçısı Azərbaycanın iqtisadi sahədəki nailiyyətlərini konkret rəqəmlərlə diqqətə çatdırıb. İqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən işlərdən danışan prezident bu cür layihələrin bütün ölkələr üçün fayda verəcəyinə əminliyini ifadə edərək tədbir iştirakçılarını gələn il keçiriləcək beşinci toplantıya dəvət edib.

aranxeber.com

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024