Kateqoriyalar: İdman

Yığmamız Avropa çempionatını qələbəsiz başa vurub

Rusiyanın Kazan şəhərində keçirilən badminton üzrə Avropa çempionatında iştirak edən kişilərdən ibarət milli komandamız qrup mərhələsində son görüşünə çıxıb. aranxeber.com-ın “APA”-a istinadən verdiyi xəbərə görə, komandamızın bu dəfəki rəqibi qrup lideri Almaniya millisi olub.

Şəxsi görüşlərdə Səbuhi Hüseynov, Cahid Əlhəsənov və Ezmi Qovimuramadhoni rəqiblərinə 0:2 hesabı ilə uduzub. Eyni hesab qoşa yarışlarda da qeydə alınıb. Səbuhi Hüseynov və Cahid Əlhəsənov almaniyalı badmintonçulara 0:2 hesabı ilə məğlub olub. Kənan Qələndərov və Ezmi Qovimuramadhonin yer aldığı axırıncı qoşa yarışında da üstün olan tərəf rəqib olub. Yekunda görüş Almaniya millisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, yığmamız bunadək qrupda Lüksemburq və İslandiyaya da məğlub olmuşdu.

aranxeber.com

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024