Kateqoriyalar: Region

Fənn olimpiadalarının nəticələri məlum olub

Respublika fənn olimpiadalarının fevralın 4-də keçirilən rayon turunun nəticələri məlum olub. İmişli rayonu üzrə bu turda iştirak etmiş 390 nəfər şagirddən 54 nəfəri yarımfinal mərhələsində iştirak etmək hüququ qazanıb.

Rayonun ümumi təhsil məktəblərinin şagirdləri arasında ən yüksək nəticəni (90 bal) Əli Səmədov adına şəhər 6 saylı tam orta məktəbin XI sinif şagirdi Zamin Sarvan oğlu Yaqubov göstərib. O, coğrafiya fənni üzrə verilən 25 test tapşırığının 23-nə düzgün cavab yazıb.

 

Bu barədə məlumatı aranxeber.com saytına İmişli rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs Vilayət Əliyev verib. Onun sözlərinə görə, verilən qapalı test tapşırıqlarının 60 faizdən çoxunu düzgün cavablandıran şagirdlər, həmçinin müvafiq fənn və sinif üzrə iştirakçıların ən yaxşı nəticə göstərmiş 15 faizi növbəti mərhələyə buraxılıb.

Fənn olimpiadalarının Respublika mərhələsinin yarımfinal turu isə mart ayında keçiriləcək.

aranxeber.com

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024