“ YapıKredi Bank Azərbaycan”ın rəhbərliyində dəyişiklik olub.
aranxeber.com “APA-Economics”-ə istinadın xəbər verir ki, Teymuraz Əmirov bankın İdarə Heyətinə üzv seçilib. O, fevralın 13-dən yeni vəzifəsi icra etməyə başlayıb.
Bununla da, bankın İdarə Heyətinin üzvlərinin sayı 5-ə çatıb. Qeyd edək ki, T.Əmirov 1989-1994-cü illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 2002-2003- cü illərdə Bakı Nəqliyyat-7 ATSC-də hüquqşünas vəzifəsində çalışıb. 2004-2008-ci illərdə “Cred Agro” QBKT-də hüquq məsləhətçisi vəzifəsində işləyib. Peşəkar fəaliyyətinə “Yapı Kredi Bank Azərbaycan” da 2008-2009-cü illərdə hüquqşünas kimi başlayan T.Əmirov 2009-2018-ci illərdə bu bankda hüquq departamentinin müdiri olub.
Xatırladaq ki, fevralın 9-da bankın Müşahidə Şurasının üzvü Nazan Somer Özelgin Serkan Ülgenlə əvəz olunmuşdu.
Qeyd edək ki, hazırda bankın Müşahidə Şurasında 4 nəfər təmsil olunur. Bunlar Şuranın sədri Nikollo Ubertalli, üzvləri isə Patrik Jozef Şmit, Feza Tan və Serkan Ülgendir.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…