Kateqoriyalar: Ölkə

Xalid Əhədov: ” Azərbaycan Beynəlxalq Bankının restrukturizasiya planının 90%-i icra olunub”

“Azərbaycan Beynəlxalq Bankının (ABB) restrukturizasiya planı, demək olar ki, yekunlaşıb”.

Bunu “APA-Economics”ə müsahibəsində ABB-nin İdarə Heyətinin sədri Xalid Əhədov deyib. Onun sözlərinə görə, bankın açıq valyuta mövqeyi ilə bağlı məsələ də bu ilin birinci rübündə həllini tapacaq.

“Bankın restrukturizasiya planının 90%-i icra edilib. Bank tam sağlamdır və hazırda yaxın 3 il üçün biznes strategiyası üzərində işləyirik”, – deyə X.Əhədov vurğulayıb.

ABB-nin özəlləşdirilməsinə gəlincə, X.Əhədov bildirib ki, hazırda bankın özəlləşdirilməsinə hazırlıqla bağlı işlər görülür: “Bildiyiniz kimi, Azərbaycan Beynəlxalq Bankının əsas sahibi Azərbaycan dövlətidir. Bankın 95%-i dövlətə və dövlətin təsis etdiyi “Aqrarkredit” təşkilatına məxsusdur. Özəlləşdirilmə barədə qərarın verilməsi menecmentin ixtiyarında deyil. Biz özəlləşdirilməyə hazırlıqla məşğuluq. Bankı bu prosesə hazırlayırıq ki, gələcəkdə bankın özəlləşdirilməsi mümkün olsun. Bunun üçün görüləsi tədbirlər var. Bankın sərmayə hekayəsi, kapital bazarında görüşləri, biznes modeli və strategiyası olmalıdır”.

X.Əhədov ABB-nin London Məhkəməsində “Sberbank”a uduzması məsələsinə də aydınlıq gətirib: “Bu, sırf kommersiya mübahisəsidir. Bizim kreditorların 95%-i restrukturizasiya planını dəstəkləyib. Vaxtilə bu məsələlərlə razı olmayan 5% isə çalışır ki, bu məsələdə öz maraqlarını qorusun. Bu da hər iki tərəfin kommersiya mübahisəsidir. İstənilən bankın, kiçik və ya böyük bankın müştərisi və ya kreditoru ilə kommersiya mübahisələri olur. Bu, normal bir prosesdir və bizim bu məhkəmələrdə hər hansı gözlənilməz və yaxud bankın balansına təsir edə biləcək itki perspektivlərimiz yoxdur. Bu məhkəmə prosesi normal qaydada keçir və bu proses illərlə davam edə bilər”.

aranxeber.com

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024