“25 il ərzində bizim məxsus olduğumuz layihələr üzrə partnyorlarla birlikdə Azərbaycan iqtisadiyyatına 69 mlrd. dollardan artıq investisiya qoyulub”.
aranxeber.com “APA-Economics”-ə istinadən xəbər verir ki, bunu “Vergilər. Şəffaflıq. İnkişaf” adlı konfransda “BP-Azərbaycan” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.
B.Aslanbəylinin sözlərinə görə, təkcə Azəri-Çıraq-Günəşli layihəsi üzrə 3,3 mlrd. barel neft hasil olunub.
“32 milyard kubmetr səmt qazı təmənnasız olaraq hökumətimizə təqdim edilib. “Şahdəniz” layihəsi üzrə 89 milyard kubmetr qaz hasil olunub və 176 milyon barel kondensat nefti dövlətə təhvil verilib”, – deyə B.Aslanbəyli əlavə edib.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…