Kateqoriyalar: HadisəÖlkə

Elçin Əmirbəyov Hindistan televiziyasına Ermənistanın Gəncəyə növbəti raket zərbələrindən danışdı

Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov oktyabrın 17-də Hindistanın TV-9 telekanalının birbaşa efirində Hindistan ictimaiyyətini bu gecə Ermənistan ərazisindən Gəncəyə növbəti raket zərbələri endirmiş Ermənistan rəhbərliyinin növbəti müharibə cinayəti barədə məlumatlandırıb.

E.Əmirbəyovun sözlərinə görə, “Elbrus” və “Toçka U” qanadlı raketlərindən istifadə edilməklə törədilmiş bu alçaq terror aktı nəticəsində Gəncənin 13 nəfər dinc sakini, o cümlədən 2 uşaq öldürülüb, 40-dan artıq adam yaralanıb. Yerevanda öz əməlləri ucbatından çıxılmaz vəziyyətdə qalan aciz cinayətkar rejim döyüş meydanında öz işğalçı silahlı qüvvələrinin tamamilə darmadağın olunmasının davam etməsi fonunda növbəti dəfə gecə vaxtı yuxuda olan dinc vətəndaşlara əl qaldırıb, özünün fərsiz hərbi avantürasının uğursuzluğunu günahsız mülki əhaliyə qorxaqcasına hücum yolu ilə kompensasiya etməyə çalışıb.

Birinci vitse-prezidentin köməkçisi vurğulayıb ki, döyüş əməliyyatları zonası hüdudlarından uzaqda yerləşən Gəncə və Azərbaycanın digər iri şəhəri Mingəçevir artıq dördüncü dəfədir ki, raket atəşinə məruz qalır. Bu, döyüş meydanında daha iri məğlubiyyətlərə uğrayacağını bilən Ermənistan rəhbərliyinin çarəsizliyinə və ümidsizliyinə sübutdur. Münaqişənin dinc yolla nizamlanmasını təkzib edən və humanitar atəşkəs haqqında Moskva razılaşmalarını kobud şəkildə pozan Ermənistan növbəti dəfə beynəlxalq birliyə meydan oxuyur. Ümidvarıq ki, beynəlxalq birlik və xüsusən ATƏT-in Minsk qrupunun həmsədrləri insanlıq əleyhinə cinayətlər olan bu raket zərbələrinə sərt reaksiya verəcəklər.

E.Əmirbəyov qeyd edib ki, Azərbaycan özünümüdafiə və öz əhalisinin təhlükəsizliyinin təmin edilməsi üçün qanuni hüququnu saxlayır və ağlını itirmiş düşmənin dərsini vermək, gələcəkdə bu cür qeyri-insani hərəkətlərin təkrarlanmaması üçün, o cümlədən düşmənin legitim hərbi hədəflərini, onların harada yerləşməsindən asılı olmayaraq neytrallaşdırmaq yolu ilə qarşısını almaq üçün bütün zəruri tədbirləri görür.

E.Əmirbəyov Hindistan auditoriyasını məlumatlandırıb ki, rəşadətli Azərbaycan ordusunun davam edən zəfər yürüşü nəticəsində bu gün, 27 illik işğaldan sonra Füzuli şəhəri və Füzuli rayonunun yeddi kəndi azad edilib. Azərbaycanın ermənilər tərəfindən hərbi işğalına son qoyulacağı, Şuşada və Xankəndidə Azərbaycan bayrağının qaldırılacağı gün uzaqda deyil.

E.Əmirbəyov daha sonra deyib: “Bu müharibə cinayətinin nəticələrinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin, ilk növbədə, müharibə canisi olan baş nazir Paşinyanın üzərinə düşür, o, hökmən beynəlxalq tribunal qarşısında cavab verməli olacaq”.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024