“Dünya bu şiddətə nə qədər susacaq? Soldakı foto 90-cı illərdə ilk Dağlıq Qarabağ müharibəsində çəkilib. Sağ tərəfdəki foto isə bu gün Gəncədə çəkilib”.
Bu sözləri Türkiyənin “Haber Global” kanalında erməni vandallığı ilə əlaqədar hazırlanan süjeti təqdim edən aparıcı deyib.
O, bununla bağlı kadrlar təqdim olunarkən göz yaşlarını saxlaya bilməyib.
Süjetdə bildirilir ki, Ermənistan ordusunun mülki şəxsləri ayrı-seçkilik etmədiyi hücumlarında uşaqlar hədəf alınır.
“Əslində bu, Azərbaycan üçün tanış ağrıdır… Bu foto 90-cı illərdə Birinci Dağlıq Qarabağ müharibəsində çəkilib. Xocalı soyqırımının baş verdiyi, bir milyondan artıq azərbaycanlının evini, obasını tərk etmək məcburiyyətində qaldığı o dönəmlərdə… Azərbaycanlı qız uşağının üzündə ağrı, üsyan və çarəsizlik var. Qucağında olan bələkdəki qardaşı onunla bərabər erməni zorakılığından qaçarkən belə görüntülənmişdi”, – deyə kadrlardan bildirilir.
Süjet efirə verilərkən aparıcının əvvəlcə səsinin titrədiyi, sonra isə ağladığı eşidilir. Hətta kadrlar gedərkən studiyada bir müddət sakitçilik də yaranır. Sonra özünə gələn aparıcı Gəncədə çəkilən foto barədə danışmağa başlayır.
“Başından yaralanan uşaq Ermənistanın sivilləri hədəf alan hücumların son qurbanlarından biridir. İndi cavabı verilməli bir sual var: Dünya bu şiddətə daha nə qədər susacaq?”
“Haber Global”ın hazırladığı süjeti təqdim edirik:
https://player.baku.tv/embed/25952
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…