Kürdəmir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları əməliyyat-axtarış tədbirləri həyata keçiriblər.
Nəticədə Kürdəmir şəhər sakini, əvvəllər məhkum olunmuş Şaiq Faiq oğlu Əhmədovdan 7.551 qram heroin, 2.225 qram metamfetamin, 0.44 qram qurudulmuş marixuana götürülüb.
Eyni zamanda Kürdəmir rayonunun Atakişili kənd sakini, əvvəllər məhkum olunmuş Ramil Arif oğlu Bünyatovdan 4.013 qram heroin, 0.58 qram marixuana, 0.352 qram metamfetamin, Atakişili kəndinin digər sakini İldırım Soltan oğlu Əsədovdan 0.358 qram heroin aşkar olunaraq götürülüb.
Hər üç şəxs şübhəli şəxs qismində saxlanılaraq Kürdəmir Rayon Polis Şöbəsinə gətirilib. Onlar ilkin dindirmə zamanı törətdikləri cinayət əməlini etiraf ediblər.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…