aranxeber.com xəbər verir ki, Narkotik vasitə olan heroinin alveri ilə məşğul olmaqda şübhəli bilinən Şirvan sakini saxlanılıb. Şirvan polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri çərçivəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Şirvan sakini, 1987-ci il təvəllüdlü İsayev Əli Vahid oğlu saxlanılıb.
Məlumata görə, kriminal dairələrdə “Ququ” ləqəbi ilə tanınan, əvvəllər 3 dəfə məhkum olunan Əli İsayev əməliyyat məlumatı əsasında saxlanılarkən onun üzərindən 0,367 qram heroin aşkarlanıb.
Məhkəmənin qərarı əsasında Əli İsayevin yaşadığı Ş.Şükürov küçəsi, döngə 5, ev 21 ünvanında axtarış aparılan zaman oradan müxtəlif otaqlardan bükümlərə ayrılmış vəziyyətdə, ümumi çəkisi 302,726 qram heroin götürülüb. Eyni zamanda saxlanılan şəxsin evindən narkotik vasitələrin alveri üçün nəzərdə tutulan 2 ədəd elektron zərgər tərəzisi, 5 ədəd soyuq silah kimi istifadə oluna bilən bıçaq aşkar edilib.
Əli İsayevin barəsində Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
[Best_Wordpress_Gallery id=”29″ gal_title=”Heroin satmaqda şübhəli bilinən Şirvan sakini saxlanılıb”]
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…