Kateqoriyalar: ÖlkəSosial

Ermənistanın silahlandırılmasında kimlərin marağı var? – VİDEO

Serbiyanın, İordaniyanın ardınca şimal qonşumuzun da Ermənistana silah ötürən ölkələrin sırasında yer alması cəmiyyətdə rezonans doğurmaya bilməzdi. Məlum oldu ki, Tovuz təxribatları zamanı Rusiya Ermənistana Qazaxıstan, Türkmənistan və İran üzərindən 400 tondan çox hərbi təyinatlı yük göndərib. Faktın ortaya çıxması ilə Prezident İlham Əliyevin birbaşa Rusiya prezidenti Vladimir Putinə zəng vuraraq məsələni aydınlaşdırmaq istəməsi isə Qarabağ məsələsində prinsipiallığımızı ortaya qoydu. 

Rusiyanın işğalçını silahlandırmaqda məqsədi nədir?
 
Necə ola bilər ki, Rusiya münaqişənin həll olunması ilə bağlı həm ATƏT-in Minsk qrupunun üzvü olur,  həm də işğalçı dövləti silahlandırır? Bu gedişat Rusiyanın Dağlıq Qarabağ münaqişəsinə konstruktiv yanaşmadığını göstərir.

Ekspertlərin fikrincə, Türkiyə-Azərbaycan Silahlı Qüvvələrinin birgə təlimləri Rusiyanı narahat edib. Tovuz təxribatı zamanı rəsmi Ankaranın İrəvana ciddi və haqlı iradları Rusiyanı bölgəni itirmək qorxusu ilə üz-üzə qoyub.

Bütün hallarda Azərbaycan heç vaxt qonşu dövlətlərə hədə yarada biləcək hər hansı bir addım atmayıb. Qarşı tərəflər də Azərbaycanın milli maraqlarına, təhlükəsizliyinə hörmət etməli, hədə olacaq hərəkətlərdən kənar durmalıdırlar. Özünü Azərbaycana dost və tərəfdaş dövlət adlandıranlar bunu əməldə sübut etməlidirlər. Ələlxüsus da, Rusiya və İran kimi qonşularımız münasibətlərində işğalçıya daban vermək əvəzinə, dur söyləməlidirlər.  

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024