Kateqoriyalar: Ölkə

General rüşvətə görə işdən çıxarılıb? – FOTO

Tanınmış vəkil Adəm Məmmədov Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri (ədliyyə general-mayoru) Nürəddin Mustafayevin işdən çıxarılmasının səbəbini açıqlayıb.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə o, “Facebook” hesabında yazıb:

“Belə ki, yaxından tanıdığım İsmayıl Kəngərli adlı vəkil general rütbəli Baş idarə rəisi Nürəddin Mustafayevlə apardığı danışıqları xüsusi vasitə ilə qeydə alıb. Vəkil ilə general arasında “Hafka” ləqəbli Hafiz Məmmədov adlı iş adamının tələbkar olduğu qətnamənin icrası ilə bağlı müzakirələri olub. Həmin müzakirədə Baş idarə rəisi icra sənədinin icrası ilə əlaqədar 100 min manat pul almasına baxmayaraq, nə qətnaməni icra etmir, nə də pulu geri qaytarırmış. Bu danışıqlar vəkil İsmayıl Kəngərli tərəfindən qeydə alındıqdan sonra diskə köçürdərək şikayət ərizəsilə birlikdə Prezident Administrasiyasına göndərilib. General və vəkil arasında olan səs yazısı böyük səs-küyə səbəb olub.

Vəkil İsmayıl Kəngərli bir müddət bundan əvvəl analoji üsulla Korrupsiyaya qarşı Mübarizə İdarəsinin bir prokurorun cinayət məsuliyyətinə cəlb edilməsinə, eyni zamanda həmin idarənin bir müstəntiqinin isə vəzifədən azad olunmasına nail olub.

Nürəddin Mustafayevin rütbəsi general olmasına baxmayaraq, nədənsə mətbuat onun rütbəsini baş ədliyyə müşaviri (polkovnik) kimi təqdim edir”.

Vəkil İsmayıl Kəngərli isə Adəm Məmmədovun ittihamlarına belə cavab verib: 

“Azərbaycanın “məşhur” vəkili sayılan Adəm Məmmədov mənim adımdan həqiqətə uyğun olmayan məlumatları yayaraq mənim şərəf və ləyaqətimə, işgüzar nüfuzuma ləkə vurmaqla qərəzli məlumatlar yayır. Vəkillər Kollegiyasının sədri Anar Bağırovdan xahiş edirəm, hazırıkı bu statusu rəsmi müraciət kimi qəbul edərək bu tipli qərəzli məlumat yayan vəkil barəsində intizam icraatını başlayasınız”.

Daha sonra Adəm Məmmədov statusunu silib. 

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024