Yevlax-Balakən magistral yolu Yevlaxın Xanabad kəndindən keçir. Yol yüksək standartlara uyğun çəkilsə də, piyadalar üçün təhlükəlidir. Çünki həmin kənd ərazisində sakinlərin, ən əsası da, məktəblilərin hərəkəti üçün səkilər yoxdur.
Yağışlı havalarda yerli sakinlər məcburən avtomobillərin sürətlə hərəkət etdiyi yola çıxmalı olurlar.
Burada yaşayanlar deyirlər ki, müasir yolun çəkilməsi ölkədə nəqliyyat infrastrukturunun inkişafı deməkdir, amma əvvəlki qaydada piyadalar üçün səkinin olmaması onları təhlükə altında qoyur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məsələyə münasibət bildirərək qeyd edib ki, həmin ərazidə yolun çəkilişi hələ tam yekunlaşmayıb:
“Sakinlərin narahatlığına heç bir əsas yoxdur. Çünki layihəyə uyğun olaraq, həmin kənddə səkilər qoyulacaq”, – deyə, qurum rəsmisi qeyd edib.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…