“Təhdid haradan gəlir-gəlsin, Türkiyə sonuna qədər Azərbaycanın yanında olmaqda davam edəcək”.
“HaberGlobal”ın məlumatına görə, bu sözləri Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın deyib.
Ermənistanla Azərbaycan arasında gərginliklə bağlı suala cavab verən İ.Kalın Türkiyənin Azərbaycanı dəstəklədiyini və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə təmaslarında da bunun vurğulandığını qeyd edib.
“1992-ci ildən davam edən bir münaqişə var. Bunun təməlində isə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi dayanır. Burada işğalçı olan Ermənistandır. ABŞ, Fransa və Rusiyanın daxil olduğu Minsk Qrupu adlı struktur var. Bu günə qədər həll yolu tapa bilməyib. Hər birinin siyasi hesabları var. Ermənistan-Azərbaycan sərhədində baş verənlər təhlükəlidir. Prezidentimizin yanaşması “biz Azərbaycanın yanındayıq”dan ibarətdir. Cənab Putinə də bunu açıq şəkildə çatdırdı. Orada “Azərbaycanın mülki hədəflərini vurarıq” açıqlamasını edən də Ermənistan tərəfidir. Hərbi təlim keçirən Rusiyadır. Bizim də Azərbaycanla təlimlərimiz olacaq”, – deyə, İ.Kalın bildirib.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…