Hadisə Ucar Zərdab

19 saylı Ərazi Məşğulluq Mərkəzin müdiri Samir Nuriyevdən Prezidentə -ŞİKAYƏT

Zərdab rayon sakini 19 saylı Ərazi Məşğulluq Mərkəzin müdiri Samir Nuriyevdən ölkə başçısına şikayət edib.

ARANXƏBƏR Avropa.info-ya göndərilən şikayət məktubunu olduğu kimi təqdim edir:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Əmək və Əhalinin  Sosial Müdafiəsi Naziri Cənab Sahil Babayevə, Azərbaycan Respublikasının Əmək və Əhalinin  Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Cənab Fuad Musayevə, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyyətinin sədri Cənab Mustafa Abbasbəyliyə
Zərdab Rayon Lələağacı kənd sakini Xəlilzadə Bəxtiyar  Muradxan oğlu tərəfindən 
                                               
                                                                    ŞİKAYƏT 
Mən Xəlilzadə Bəxtiyar Muradxan oğlu məlumat üçün bildirirəm ki , Azərbaycan   Respublikası   Prezidentinin 7 aprel  2016-cı il tarixli 1941   nömrəli  “Əhalinin  özünüməşğulluğunun  təmin  olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına əsasən özünüməşğulluq proqramı həyata keçirilir. Məhz bu qanuna görə də 2019 cu il oktaybr ayında özünüməşğulluq proqramının genişlənməsi və tam dolğun həyata keçirilməsi üçün Dövlət Məşğulluq Xidmətinin bütün regionlar üzrə  yerli məşğulluq mərkəzlərinə  1 ( bir ) ştat  vahidi olaraq əmək haqqı 415 azn olmaqla  işci tələb olunurdu. Sosial sahədə iş stajım olduğuna görə məhz bu vəzifəyə mən təyinat aldım. 09 oktyabr 2019 cu ildə Respublikanın bütün rayonları kimi məndə Zərdab Məşğulluq mərkəzində sosial agent kimi ( özünüməşğulluq tədbirlərinə kömək ) işə başladım. Dəfələrlə DMX –də Rəşad Dayıyevin  məşğələlərində qrup şəklində iştirak etmişik. 07.01.2020 ci il tarixdə bu vəzifədə olan bütün işçilərin müqavilələrinə xitam verildi və yerli məşğulluq mərkəzində boş vakant yerlərə təyinat aldılar. Lakin həmin müddətdə Zərdab Rayon Məşğulluq Mərkəzinin direktoru olmadığı üçün mənim barəmdə təqdimatı mart ayında direktor əvəzi Aydın Qafarlı ESTASla Cənab Fuad Musayevə göndərdi. DMX–nə cənab Mustafa Abbasbəyli təyin olunandan sonra təkrar mənim işə qəbul olunmağım üçün təqdimat göndərildi. Mənim şəxsi işim DOST iş MMC də olduğu üçün DMX –nin  kadrlar şöbəsinə təqdim etməyimi tələb etdilər . Mən də əmək kitabçamı, lazımlı sənədləri  təqdim etdim. İşə girməyimlə bağlı ərizəmi də aldılar. 


Bu gün də şəxsi işim, əmək kitabçam və ərizəm hələ də DMX nin kadr şöbəsində qalır. 14.12.2020 – cil tarixdə 19 saylı Ərazi Məşğulluq Mərkəzi filialın müdiri  mənə şablon bir məktub göndərdi ki , guya mənim müraciətimə baxıb. Halbuki heç çağırıb soruşmayıb da ki, sən 9 ay əmək haqqı almadan bütün rayonların işciləri kimi işləmisən. 19 saylı Ərazi Məşğulluq Mərkəzinin direktoru Samir Nuriyevdən soruşmağınızı xahiş edirəm ki Ucar MM ilə birgə bütün regionlarda ali və orta ixtisas təhsilli kadrlar qalıb işləyir amma bu gün Samir Nuriyev məni işləməyə qoymur.  Halbuki yaşadığım Zərdab Rayonunda Məşğulluq Mərkəzində 1 (  bir ) işçi qalıb. Bu da əlbəttə 60000 əhalisi olan Zərdab rayonu üçün yetərli deyil. Ərizəmdə Zərdab Rayon Məşğulluq Mərkəzinin əməkdaşı olduğumu qeyd etmişəm. Çünki 1 il Mərkəzin bütün işlərini və özünüməşğulluq tədbirlərinin təşkilini öz şəxsi avtomobilimlə etmişəm. Pandemiya dövründə 2020 ci ilin aprel ayında gecə-gündüz dayanmadan çalışanda siz Samir Nuriyev və sizin zəhmət çəkmədən indi yüksək əmək haqqı alan işçiləriniz yox idi. Amma mən bu gün o qədər zəhmətin qabağında kənarda qalmışam. Qaldıki, mən e-sosial.az portalında işlədiyim dövrdə mərkəzə gələn vətəndaşların hər birinə şəxsi kabinet yaratmaqda yardımçı olmuşam. Çox hörmətli səlahiyyət sahibləri, bir neçə dəfə teleqramla qəbul olunub məni dinləməyinizi  xahiş etmişəm. Mümkündürsə Covid 19 Pandemiya dövrünü nəzərə alaraq  məni onlayn  qəbul edib dinləyəsiniz.
Çox hörmətli Cənab İlham Əliyev, Cənab Sahil Babayev , Cənab Fuad Musayev , Cənab Mustafa Abbasbəyli  sizdən mənim bu ərizəmi çox ciddi şəkildə araşdırıb nəzərə almağızı və mənə bu işdə yardımçı olmağınızı artıq dərəcədə xahiş edirəm.

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.
 

Açıklama yok.

B.M.Xəlilzadə

Tel 0508518282 0508563030  

Açıklama yok.