Mədəniyyət

“Əsrarəngiz Misir nağılları” Azərbaycan dilində işıq üzü görüb

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin növbəti nəşri – Mərkəzlə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin birgə ərsəyə gətirdiyi “Əsrarəngiz Misir nağılları” kitabı işıq üzü görüb.

aranxeber.com SalamNews-a istinadən xəbər verir ki, uşaqlar və yeniyetmələr üçün nəzərdə tutulan kitab,oxucularını sehrli Misir aləminə dəvət edir, ölkənin qədim mədəniyyəti, adət-ənənələri, tarixi və insanları haqqında maraqlı, zəngin təəssürat yaradır.

Nağılları ərəb dilindən Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin əməkdaşı Fərid Camalov tərcümə edib.

Kitabın redaktoru Salam Sarvandır.

Bir cevap yazın