Baş İqtisadiyyat

Əli Həsənovun ailəsinə məxsus şirkətlərin vergi borcu – SİYAHI

Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri Əli Həsənоvun ailəsinə məxsus şirkətlərin bir qisminin vergi borcu (ümumilikdə 208 min manat) var.

Report bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Şirkətlərin vergi borcları aşağıdakı kimidir:

“Kaspi Liseyi” Ümumtəhsil Məktəbi MMC istisna olmaqla qalan şirkətlər Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi, 1 ünvanında dövlət qeydiyyatına alınıb. Onlara əsasən, Ə.Həsənovun həyat yoldaşı Sona Vəliyeva, oğlu Şamxal Həsənli və yaxın qohumu Azər Vəliyev rəhbərlik edir. 

Şirkətin adıŞirkətin vergi borcu (manat)
1“Kaspi Liseyi” Ümumtəhsil Məktəbi MMC182 055,86
2“Araz Teleradio” MMC17 459,54
3“Kaspi Global” MMC8 562,63
4“Beynəlxalq Mətbuat Mərkəzi” MMC1 337,40
5“Golden Prince” MMC18,69
6“Kaspi Education” MMC0,00
7“Kaspi Co” MTK0,00
8“Kaspi Mətbuat Yayımı” MMC0,00
9“Kaspi” qəzeti redaksiyası0,00
10“Kaspi-AZ” MMC0,00
11“Kaspi-EC” MMC0,00
12“Mətbuat Evi” MMC0,00
 Cəmi208 096,72