Baş Mədəniyyət Ölkə Region

Əfsanəvi kamança ustası Mark Eliyahunun Bakıda konserti keçiriləcək.

14 noyabr 2019-cu il tarixində, dünyaca məşhur kamança ifaçısı, dərin melodiyaların ustadı, əfsanəvi Mark Eliyahunun Bakıda konserti keçiriləcək.
aranxeber.com xəbər verir ki, Mark Eliyahu 20 il öncə ilk dəfə olarkən Habil Əliyevin kamança ilə ifasına qulaq asır. Bundan təsirlənən Mark Bakıya köçür və Ədalət Vəzirovun rəhbərliyi altında kamança dərsləri almağa başlayır. Markın ifa etdiyi kamança birbaşa olaraq Habil Əliyev tərəfindən ona hədiyyədir. Bu günə qədər o, Habil Əliyevin kamançasında ifa edir.
Mark Eliyahu – Türk, Ərəb, İran və ən əsas Azərbaycan musiqisi olan muğamının incəliklərini və dərinliklərini müasir musiqi sevərlərə öz virtuoz ifası ilə təqdim edir.
Konsert çox rəngarəng, əsrlərin dərinliklərindən gələrək düşüncələri aydınladan abu-havada keçəcək.

Qeyd eək ki, konsertdə iştirak etmək istəyənlər biletləri 35 manata əldə edə biləcəklər.

Gəncə sakinləri isə Eliyahunun konsertində iştirak etmək istəsələr Bakıya gəlmələrinə ehtiyac yoxdur. Çünkü, Eliyahu onların istəyini nəzərə alaraq 15 noyabrda Gəncədə konsert verəcək. Gəncədəki konsertin biletlərinin qiyməti 30 manat olacaq.