Baş Hadisə İmişli

İmişlidə ağır yol qəzası baş verib, ölən və yaralılar var

İmişli rayonunda baş vermiş avtoqəza nəticəsində sürücü ölüb, 2 nəfər xəsarət alıb.

Hadisə Mirili-İmişli yolunun Cavadxanlı kəndi hissəsində baş verib.

İmişli rayon Mirili kənd sakini, 1982-ci il təvəllüdlü Mirzəyev Elməddin Ərəstun oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib, sərnişinlər – Qaravəlli kənd sakini, 2002-ci il təvəllüdlü Şükürov Dayandır Dünyamalı oğlu və Mirili kənd sakini, 1974-cü il təvəllüdlü Hüseynov Nüsrət Adış oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.