Məktəblərlə bağlı yumşaldılmaya gediləcək və bu barədə məlumat gələn həftə Təhsil Nazirliyinin keçirəcəyi brifinqdə elan olunacaq. Arabxəbər xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirilən brifinqində Prezidentin köməkçisi Şahmar Mövsümov deyib. O bildirib ki, bu istiqamətdə də karantin qaydalarında yumşaldılmalar olacaq.
Təhsil
Təhsil müəssisələri ənənəvi qaydada tədrisə qayıdır? – AÇIQLAMA
Ötən gündən sosial şəbəkələrdə ümumtəhsil müəssisələrində dərslərin yaxın zamanda ənənəvi qaydada aparılacağı ilə bağlı məlumatlar yayılıb. Məsələ sosial şəbəkədə ciddi müzakirələrə səbəb olub. Təhsil Nazirliyi yaranan müzakirələrə aydınlıq gətirib. Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov özünün “Facebook” hesabından paylaşdığı məlumatda bildirib ki, dərslərin mövcud pandemiya şəraitində ənənəvi qaydada keçirilməsi məsələsi ilə bağlı hər hansı qərar […]
Tələbələrin köçürülməsinə başlanılır
Fevralın birindən tələbələrin köçürülməsi prosesi başlanılır. Bu barədə Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, elektron sənəd qəbulu fevralın yeddisinədək davam edəcək.
Peşə təhsili almaq istəyənlərin sayında artım olub
2020-2021-ci tədris ilində 120 ixtisas üzrə peşə təhsili müəssisələrinə qəbul aparılıb. Bu barədə Təhsil Nazirliyinin yaydığı hesabatda qeyd edilib. 14 mindən çox şəxs peşə təhsili müəssisələrinə qəbul olunub. Ötən il ilə müqayisədə peşə təhsili almaq istəyən şəxslərin sayında 27 faiz artım müşahidə olunub. 2020-2021-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə qəbul ilk dəfə olaraq elektron […]
Ötən il birinci siniflərə qəbul edilən uşaqların sayı bilindi
2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu elektron qaydada həyata keçirilib. Tədris ilində birinci siniflərə 165 511 uşaq qəbul edilib. Bu barədə Təhsil Nazirliyinin yaydığı hesabatda qeyd edilib. Eyni zamanda, bildirilir ki, 2020-2021-ci tədris ilində ölkə üzrə ümumilikdə 6577 məktəbəhazırlıq qrupuna 104 min uşaq cəlb olunub. Məktəbəhazırlıq qruplarına qəbul https://mektebeqebul.edu.az/ […]