Hadisə Ölkə

Düşmənin Suqovuşanda atıb qaçdığı silah-sursat aşkarlandı – FOTO

İşğaldan azad edilmiş ərazilərdə Ermənistan ordusunun atıb qaçdığı odlu silah-sursatın aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki, Tərtər Rayon Polis Şöbəsi əməkdaşları rayonun Suqovuşan kəndi ərazisində xidmətdə olarkən həmin ərazidən 1 ədəd 60 mm-lik minaatan silahı, həmin silaha məxsus 72 ədəd mərmi, 5 ədəd […]

Baş İqtisadiyyat Ölkə

Azərbaycanda bankların dollara tələbi yenə yüksək olub

Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib. Bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankından məlumat verilib. Hərracda tələb 100,1 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 səviyyəsində formalaşıb. Qeyd edək ki, əvvəlki valyuta hərracında tələbin ötən aylara nisbətən yüksək olması ilə bağlı Mərkəzi Bankın açıqlamasında bildirilib […]

Ölkə Texnologiya

Ölkədə göstərilən informasiya və rabitə xidmətlərinin dəyəri açıqlandı

Azərbaycanda 2020-ci il ərzində 2 milyard 235,9 milyon manat dəyərində informasiya və rabitə xidmətləri təqdim edilib. Dövlət Statistika Komitəsindən əldə etdiyimiz məlumata əsasən, bu, 2019-cu illə müqayisədə 0,6 faiz çox olub. Qeyd edək ki, 2019-cu ildə Azərbaycanda 2 milyard 197,9 milyon manat dəyərində informasiya və rabitə xidmətləri təqdim edilib. Bu xidmətlərin dəyəri 2018-ci ilə nisbətən […]

Ölkə Təhsil

Təhsil müəssisələri ənənəvi qaydada tədrisə qayıdır? – AÇIQLAMA

Ötən gündən sosial şəbəkələrdə ümumtəhsil müəssisələrində dərslərin yaxın zamanda ənənəvi qaydada aparılacağı ilə bağlı məlumatlar yayılıb. Məsələ sosial şəbəkədə ciddi müzakirələrə səbəb olub.  Təhsil Nazirliyi yaranan müzakirələrə aydınlıq gətirib. Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov özünün “Facebook” hesabından paylaşdığı məlumatda bildirib ki, dərslərin mövcud pandemiya şəraitində ənənəvi qaydada keçirilməsi məsələsi ilə bağlı hər hansı qərar […]