Dünya İdman

Makqreqor: “Nurməhəmmədov mənimlə döyüşdən qorxur”

Keçmiş UFC çempionu Konor Makqreqor rusiyalı UFC döyüşçüsü Həbib Nurməhəmmədovun onunla döyüşməkdən qorxduğunu deyib. Bu barədə o ESPN-ə müsahibəsində bildirib: “Mənimlə döyüşməkdən qorxur. Buna dəhşətli dərəcədə əminəm. Ancaq onu günahlandırmıram. O gecə mən onun ən yaxşı, o isə mənim ən pis versiyamla mübarizə apardı”. Qeyd edək ki, 2020-ci ilin noyabrında Makqreqor Nurməhəmmədovu fenomenal döyüşçü adlandırıb. Əlavə […]

Dünya İdman

Məsut Özil “Fənərbağça”ya keçidi ilə bağlı status paylaşdı – FOTO

İstanbulun “Fənərbağça” klubu Almaniya vətəndaşı olan türk əsilli futbolçu Məsut Özili transfer edib. Həm “Fənərbağça” klubunu, həm də Məsut Özil sosial media hesablarında transferə işarə edən statuslar paylaşıblar. “Ntvspor” xəbər verir ki, razılaşmaya əsasən, futbolçu 3,5 il müddətində bu klubda çıxış edəcək. Qeyd edək ki, Məsut Özilin “Arsenal” klubu ilə müqaviləsinin müddəti bu ilin yayında bitəcək.

İdman Ölkə

“Qarabağ” klubu Qurban Qurbanovun oğlunu icarəyə verdi

“Qarabağ” klubu futbolçusu Musa Qurbanlını icarəyə verib. Bu barədə qrumun rəsmi saytı məlumat yayıb. Bildirilir ki, 18 yaşlı hücumçu oyun praktikasını artırmaq üçün mövsümün sonuna qədər “Zirə”də çıxış edəcək. Qeyd edək ki, Musa Qurbanlı “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğludur. O, bu mövsüm Premyer Liqada 5 oyunda meydanda olub və 1 qolla yadda qalıb.

Dünya İdman

“Barselona”dan 17 il sonra İspaniya çempionatına ən pis start

“Barselona” futbol üzrə İspaniya çempionatında ilk 15 oyuna 25 xal toplamaqla, 2003-cü ildən bəri ən pis startını edib. Bu barədə Championat.com məlumat yayıb. 16-cı turda “Eybar”la qarşılaşan “Barsa” meydandan 1:1 hesablı heç-heçə ilə ayrılıb. Bu nəticə ilə “Barselona” 6-cı pillədə qərarlaşıb. Xatırladaq ki, 2003-2004-cü illər mövsümündə “Barselona” 14 oyuna cəmi 20 xal toplaya bilmişdi.

Dünya İdman

2021-ci ilin ulduz azad agentləri – FOTO

2021-ci ilin yayında klubları ilə müqaviləsi başa çataraq azad agent statusu alacaq ən yaxşı futbolçuların siyahısı açıqlanıb. Bu barədə “Sky Sports” məlumat yayıb. Siyahıya Lionel Messi (Barselona), Serxio Aquero (Mançester Siti), Serxio Ramos (Real Madrid), Mesut Özil (Arsenal), David Alaba (Bayern Münhen) kimi futbolçular daxil olub. Sözügedən futbolçular yanvarın birindən digər klublarla transfer danışıqlarına başlaya bilərlər.