Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı (Aİ) ölkələrinin Ankaradakı səfirləri ilə görüşdə Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən danışıb. “Haber Global” məlumat verir ki, Ərdoğan Türkiyənin qardaş Azərbaycanı mübarizəsi boyu dəstəklədiyini bildirib. O qeyd edib ki, Qarabağda 30 illik gecikmə ilə olsa da, ədalətin təzahür etməsi və bölgənin sabitləşməsi təmin olunub: “ATƏT-in Minsk Qrupunun 30 ildə həll edə […]
Dünya
Axtarışlar zamanı tapılan erməni cəsədlərinin sayı 1200-ə çatır – VİDEO
Cəbrayılda aparılan axtarışlar zamanı dünən daha üç erməni hərbçisinin meyiti aşkarlanıb. Bu barədə “Sputnik” Ermənistan məlumat yayıb. Beləliklə, axtarış əməliyyatlarında tapılan erməni cəsədlərinin sayı 1197-ə çatıb.
Donald Tramp “Telegram”a üz tutdu
ABŞ-ın 45-ci prezidenti Donald Tramp “Telegram” kanalını aktivləşdirib. Artıq onun kanalını 284 mindən çox şəxs izləyir. Xatırladaq ki, ABŞ-dakı son iğtişaşlardan sonra onun “Facebook” və “Twitter” hesabları dondurulub. Bu səbəbdən də o, “Telegram”a üz tutub.
Türkiyədə terrorçularla atışmada bir əsgər şəhid olub, iki əsgər yaralanıb
Türkiyənin Diyarbakır şəhərinin Lice bölgəsində terrorçularla baş vermiş atışma zamanı bir türkiyəli əsgər şəhid olub. Bu barədə “Haber Global” Türkiyənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb. Atışma nəticəsində daha iki əsgər yaralanıb.
ABŞ-da 70 ildə ilk dəfə edam olunacaq qadının ölüm cəzası əvvələ salındı – FOTO
ABŞ-da son 70 ildə ilk dəfə bir qadın edam olunacaq. Federal Apellyasiya Məhkəməsi bundan əvvəl aşağı instansiyanın onun haqqında verilən edam hökmünün təxirə salınması qərarını səhv adlandırıb. Bu barədə “NBC News” xəbər yayıb. Müttəhim Liza Montqomeri 2004-cü ildə hamilə qadını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirli bilinib. Məlumata görə, həmin dövrdə hamiləliyi simulyasiya edən Liza Montqomeri […]