Dünya İdman

“Barselona”dan 17 il sonra İspaniya çempionatına ən pis start

“Barselona” futbol üzrə İspaniya çempionatında ilk 15 oyuna 25 xal toplamaqla, 2003-cü ildən bəri ən pis startını edib.

Bu barədə Championat.com məlumat yayıb.

16-cı turda “Eybar”la qarşılaşan “Barsa” meydandan 1:1 hesablı heç-heçə ilə ayrılıb. Bu nəticə ilə “Barselona” 6-cı pillədə qərarlaşıb.

Xatırladaq ki, 2003-2004-cü illər mövsümündə “Barselona” 14 oyuna cəmi 20 xal toplaya bilmişdi.