Dünya İdman

2021-ci ilin ulduz azad agentləri – FOTO

2021-ci ilin yayında klubları ilə müqaviləsi başa çataraq azad agent statusu alacaq ən yaxşı futbolçuların siyahısı açıqlanıb.

Bu barədə “Sky Sports” məlumat yayıb.

Siyahıya Lionel Messi (Barselona), Serxio Aquero (Mançester Siti), Serxio Ramos (Real Madrid), Mesut Özil (Arsenal), David Alaba (Bayern Münhen) kimi futbolçular daxil olub.

Sözügedən futbolçular yanvarın birindən digər klublarla transfer danışıqlarına başlaya bilərlər.